2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Gənclər və İdman Nazirliyi ləğv edilir

Gənclər və İdman Nazirliyində yoxlamalar aparılır. “24 saat” xəbər verir ki, yoxlamalar nazirliyin ləğvi ilə əlaqədardır.

Bildirilir ki, hakimiyyətin zirvəsində Gənclər və İdman Nazirliyin ləğv olunması düşünülür. Bu baxımdan qurumda kompleks yoxlamala başlanılıb. İddialara görə, Gənclər və İdman Nazirliyinin əsasında İdman Komitəsi yaradılacaq. Qurumun digər səlahiyyətləri isə Mədəniyyət Nazirliyinə veriləcək.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi eks-prezident Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə yaradılıb. Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli Fərmanı isə Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi təsis edilib. Ölkə başçısı İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə isə Mədəniyyət Nazirliyi ilə Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib. Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi əsasında isə Gənclər və İdman Nazirliyi yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

2006-cı ildən Gənclər və İdman Nazirliyinə Azad Rəhimov rəhbərlik edib. O, 30 aprel 2021-ci il tarixdə dünyasını dəyişib. Həmin gündən bu günə qədər Gənclər və İdman Nazirliyinə təyinat olmayıb.

Məlumata görə, nazirliyin başsız qalması da onun ləğvi ssenarisi ilə bağlıdır. Bildirilir ki, yaxın vaxtlarda qurumda aparılan yoxlamalar bitəcək. Bundan sonra nazirliyin ləğv olunduğu açıqlanacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button